Cəmiyyət

Süfrədəki TƏHLÜKƏLİ `PAYIM`… – YEMƏYİN!

“Payım” kolbasa və sosis istehsalı ilə məşğul olan şirkətin bişmiş toyuq kolbasalarının tərkibində zərərli qida əlavələri var.

XALQ.AZ xəbər verir ki, bu barədə “Payım” şirkəti öz rəsmi səhifəsində də məlumat yerləşdirib. Şirkət bişmiş toyuq kolbasaları ilə bağlı rəsmi saytında yerləşdirdiyi məlumatda qeyd edib ki, kolbasa toyuq əti, əla növ mal əti, kərə yağı, quru süd, nişasta, zülal stabilizatoru, xörək duzu, natrium nitrit, yeyinti məhsulları üçün boya maddəsi, kompleks ədviyyat qarışığı, ekstrakt ədavalar (hil, muskat, istiot, oksidləşmə əleyhinə (E-300), stabilizatorlar (E-450), turşuluq dərəcəsi (E-330) tərkiblidir. Sözügedən kolbasanın tərkibində olan bu qida əlavələri müxtəlif xəstəliklər yaradan əlavələr hesab edilir.

Belə ki, mütəxəssislərin fikrincə, E-300-dən E-400-ə qədər qida əlavələri qidada oksidləşməni ləngidən antioksidantlardır. “Payım” bişmiş toyuq kolbasalarında olan E-330 maddəsi isə xərçəng əmələ gətirən qida əlavələrindən biridir.

Bu kolbasadakı digər qida əlavəsi E-450 isə mədə pozğunluğu əmələ gətirir. Bu barədə məlumatı Azərbaycan Tibb Universiteti “Qida əlavələri, təsnifatı, sanitar-gigiyenik tələblər” adlı hazırladığı xüsusi materialda da ətraflı və geniş şəkildə qeyd edib.

Mütəxəssislər isə ümiliyyətlə E tərkibli qida əlavələrinin olduğu qidalardan birdəfəlik imtinanı məsləhət görürülər.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Paylaş: