Cəmiyyət

“İdarə rəhbərinin bizi görməyə gözü yoxdur…” – NARAZILIQ VAR…

Naxçıvan şəhərinin bir qrup sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müəyyən səbəblərdən adlarınını açıqlanmasını istəməyən şikayətçilərin müraciətini olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Sizdən xahiş edirik ki, şikayətimizi işıqlandırasınız, bəlkə səlahiyyətli qurumlardan səsimizə səs verən olar.

Şikayətimiz Naxçıvan Şəhər Qaz İstismar İdarəsindəndir. Bu idarədə bizim haqqımızı yeyirlər. Məsələn, bizə il ərzində 3 dəfə “bayram pulu” verirdilər, kəsdilər, artıq vermirlər.

Dövlət idarələri hər məktəbə gedən uşaq üçün pul ayırırdı. Qaz idarəsinin müdiri öz istədiyi adama pul yazdı, bizlərə yazmadı.

Bir sözlə, bizim idarədə özbaşınalıq baş alıb gedir.

Onu da qeyd edək ki, rəhbərliyin bizi görməyə gözü yoxdur. Belə ki, müdir bizi görməsin deyə, o gəlib-gedəndə hamımızı kənar bir yerə yığırlar”.

Paylaş: