Cəmiyyət

“Niyə vətəndaş əziyyət çəkməlidir?” – ETİRAZ VAR…

“Son günlər “Rabitəbank Bank”ın kartlarında əməliyyat (milli ön, E-manatlardan və ya cart to cartla mədaxil və ya məxaric) edərkən, saatlarla – hətta 1-2 sutkalıq gecikmələr yaranır…” “DİA-AZ” xəbər verir ki, bunu öz müraciətində Bakı sakini Elvin Ağayev qeyd edib.

Narazı vətəndaş daha sonra bildirir: “Banka zəng edirsən, operatorlar “üzr istəyirik, əməliyyatlarda texniki problemlər var” deməklə yola verirlər… Bu texniki problemlər dəfələrlə baş verir axı…
“Rabitə Bank”, sizin sistemlərdə yaranan problemlərə görə biz niyə əziyyət çəkməliyik?
Bəlkə birinin son ümid puludur?
Bəlkə biri vacib nəsə ödəniş etməlidir?
Bəlkə, ümumiyyətlə, birinin son puludur?
Niyə vətəndaş əziyyət çəkməlidir?”

DİA-AZ

Paylaş: