Bərdə rayon sakini Əlizamin Mamedov Bərdə rayonunun təzə bazar ərazisində anti-sanitariya vəziyyətinin olmasından şikayətçidir.
“DİA-AZ” xəbər verir ki, onun sözlərinə görə, Qida Təhlükəsizliyi Şurası bazardakı vəziyyəti görsə də heç bir tədbir görmür.
Mamedovun iddiasına görə, Bərdədə olan mal bazarında işçilər müqaviləsi olmadan işlədilir. Həmçinin o iddia edir ki, Bərdədə baş verən qanunsuzluqları ictimailəşdirdiyi üçün onu ölümlə hədələyirlər.
O, hüquq-mühafizə orqanlarına müraciət edərək təhlükəsizliyinin təmin edilnəsini xahiş edir.
Daha ətraflı aşağıdakı videoda:
“DİA-AZ”