Dünya

Rutte Mitsotakislə görüşdü

NATO-nun Baş katibi Mark Rutte Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə görüşüb.

Bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Baş katib Ukraynaya verdiyi dəstəyə görə Yunanıstana təşəkkür edib: “Ukraynaya verdiyimiz dəstək onları mübarizədə saxlayıb, lakin bu münaqişənin trayektoriyasını dəyişmək üçün daha da irəli getməliyik”.

Baş katib Afinaya səfəri çərçivəsində Yunanıstanın milli müdafiə naziri Nikolaos Dendias və xarici işlər naziri George Gerapetritis ilə də görüşüb.

Paylaş: