Cəmiyyət

Bakı Gömrüyündən yükləri sürətlə çıxan “şirkət”lərə kimlər dəstək durur? – BU NƏDİ BELƏ?..

Bakı Baş Gömrük İdarəsində “təkrar hallar” davam edir.

Bizimxeber.az-a daxil olan məlumata görə, “vaxt sıxlığı” səbəbindən yükləri həftələrlə Bakı Baş Gömrük İdarəsində qalan sahibkarlara qarşı ikili münasibət hələ də qalır. Maraqlıdır ki, bu hallar bəzi “şirkətlər”dən yan keçir, daha doğrusu, bu qaydalar onlara şamil edilmir.

Məlumata görə, Baş Gömrük İdarəsində elə “şirkətlər” var ki, onların yükləri qısa müddətdə yoxlanılır və tez bir zamanda buraxılır. Bu işdə maraqlı olan şəxslər, özlərinə maraqlı olan şirkətlərin yüklərini problemsiz və sürətlə həll etmək üçün, öz nəzarətlərindəki maliyyə və yük inspektorlarını ayıraraq prosesi sürətləndirirlər. Məlumata görə, bunların çoxu qanunsuz fəaliyyət göstərən şirkətlərdir. Qanunsuz fəaliyyət göstərən şirkətlər dedikdə, yəni, yalnız müəyyən əməliyyat üçün yaradılmış, anbarı, işçisi və DSMF ödənişləri olmayan şirkətlər nəzərdə tutulur. Bu cür şirkətlərin sayı hər gün artır.

Yükləri həftələrlə Bakı Baş Gömrük İdarəsində saxlanılan sahibkarlar bu barədə Gömrük Komitəsinə məlumat versələr də, problem hələ də aradan qaldırılmayıb. Bildirilir ki, Gömrük Komitəsinin sədri Şahin Bağırov bu məsələ ilə bağlı məlumatlıdır. Lakin buna baxmayaraq, hələlik heç bir tədbir görülmür.

Beləliklə, bu işdən maraqlı olan şəxslər, öz maraqlarını təmin etmək və gəlir əldə etmək üçün davam edirlər. Nəticədə, həmin şirkətlərin yükləri daha sürətli və problemsiz şəkildə gömrükdən buraxılır. Bu barədə Gömrük Komitəsinin sədri Şahin Bağırovun da xəbəri olub, amma hələ də heç bir tədbir görülmür.

Paylaş: