Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? – “Dana monopoliyası” “kralı”na niyə DUR deyən tapılmır…?
Dadaş Şükürovun dövlət büdcəsinə 1 450 000 manat borclu şəxs kimi tanınmasına baxmayaraq, bu istiqamətdə hüquqi araşdırma aparılmaması narahatlıq doğurur.
Azərbaycanda “dana monopoliyası”nın “kralı” “Laçınlı Dadaş” ləqəbli Dadaş Şükürovun adının müxtəlif cinayətlərdə hallandığı və hüquq-mühafizə orqanlarının bu məsələlərə laqeyd yanaşması cəmiyyətdə müzakirələrə səbəb olub.
Əldə edilən məlumata görə, “dana monopoliyası”nın “kralı” bir neçə dəfə vergi yayınmalarına görə cinayət məsuliyyətinə cəlb edilib. Lakin onun adının dövlət büdcəsinə 1 450 000 manat borclu şəxs kimi hallanmasına baxmayaraq, bu istiqamətdə hüquqi araşdırma aparılmaması narahatlıq doğurur.
İddialar və Faktlar
Azərbaycanda “dana monopoliyası”nın “kralı” “Laçınlı Dadaş” ləqəbli Dadaş Şükürovdur. Dadaş Şükürov Laçın rayonunun Cicimli kəndindəndir. Dadaş Şükürovun dövlət büdcəsinə 1 450 000 manat borcu var.
Bir sözlə, bir-neçə il əvvəl ictimiləşdirdiyimiz “dana monopoliyası” ilə bağlı məsələyə yenidən qayıtmalı olduq. Çünki problem, yəni iribuynuzlu heyvanların ölkəmizə idxalı monopoliyası hələ də davam edir. Şərti olaraq “dana monopoliyası” adlandırdığımız bu şəbəkənin BAŞI Rusiyada, o biri QOLU isə Azərbaycana uzanır.
Bundan əlavə, o, 2003-cü ildə həbs edilib. İş adamı 308.2 və 177.3.2 maddələri ilə ittiham olunub. Bu maddələr üzrə məhkəmə onu 7 il azadlıqdan məhrum edib. Eyni zamanda, o da deyilir ki, Dadaş Şükürov 2017-ci ildə yenidən həbs edilib. Bu dəfə Pirallahı rayonundakı neft kəmərlərini satmaq ittihamı ilə saxlanıb. İndisə biznes fəaliyyəti ilə məşğul olan Dadaş Şükürov Rusiyadan mal-heyvan idxalına görə inhisarçılıq yaratmaqda ittiham edilir. Lakin onun təkbaşına bu işlərin öhdəsindən gəlmədiyi vurğulanır. İddialara görə, Dadaş Şükürova himayədarlıq edən böyük güc var. Bir sözlə, “Full – D” yüksək səviyyədə aldığı dəstək hesabına iribuynuzlu heyvanların idxalında monopoliya “kralı”na çevrilib.
Göründüyü kimi, həm gömrük, həm qida sektorundan mühüm himayəsi var. Amma idxal edilən heyvanların virus, xəstəlik daşıyıcısı olub-olmadığını müəyyən etmək çətindir. Ona görə də gömrük orqanlarında və AQTA-da ciddi dəstəyə malikdir.
Fırıldaqçılıqla qaziləri gözdən salan “qəhrəman”
Dadaş Şükürov özünü “qazi” kimi təqdim edib qazanc üçün iyrənc yollara belə baş vurur.30 illik işğala son qoyan, qanını, canını Vətən uğrunda fəda edən qəhrəman Vətən övladları hazırda bütövlükdə cəmiyyətin ən böyük diqqətini görürlər və bu, belə də olmalıdır. Əminliklə vurğulamaq mümkündür ki, qaziyə, şəhidə qarşı dövlət başda olmaqla, bütün cəmiyyətin ən yüksək səviyyədə münasibəti formalaşıb.
Fəqət, təəssüflər olsun ki, cəmiyyətdə bu münasibətdən yararlanmaq istəyən şəxslərə də rast gəlinir. İş o həddə çatıb ki, kimlərsə özünü “qazi” kimi təqdim edib qazanc üçün iyrənc yollara belə baş vurur və bu müqəddəs ad altında nələrsə əldə etməyə çalışır.
Son günlər yenə özünü yalandan “qazi” kimi təqdim edən Dadaş Şükürov haqda yayılan məlumatlar bunun əyani sübutudur. Baxın, nə tələblər var: əlavə imtiyazlar istənilir, torpaqlar zəbt edilir, dövlət orqanlarına, az qala, hücum çəkilir. Araşdıranda isə həmin şəxsin saxta qazi olması üzə çıxır. Hətta bu günlərdə “qazi” adı altında gizlənib, dilənçilik edən şəxsə belə rast gəlindi.
Azərbaycanda son illər iribuynuzlu heyvanların idxalı ilə bağlı ciddi bir inhisarçılığın hökm sürdüyü haqda həyəcan təbili çalınır. İş adamları, fermerlər, bu sahə üzrə fəaliyyət göstərənlər iddia edirlər ki, yaranmış vəziyyət dana ətinin qıtlığına səbəb olmaqdadır. Çünki inhisarçılıq, monopoliya halları həm də defisitə gətirib çıxarır. Xüsusən də Rusiyadan iribuynuzlu heyvanların idxal edilməsi ilə bağlı problemlər səslənməkdədir.
Dadaş Şükürov Rusiyadan mal-heyvan idxalına görə inhisarçılıq yaratmaqda ittiham edilir. Lakin onun təkbaşına bu işlərin öhdəsindən gəlmədiyi vurğulanır. İddialara görə, Dadaş Şükürova himayədarlıq edən böyük güc var. Bir sözlə, “Full – D” yüksək səviyyədə aldığı dəstək hesabına iribuynuzlu heyvanların idxalında monopoliya “kralı”na çevrilib.
Göründüyü kimi, həm gömrük, həm qida sektorundan mühüm himayəsi var. Amma idxal edilən heyvanların virus, xəstəlik daşıyıcısı olub-olmadığını müəyyən etmək çətindir. Ona görə də gömrük orqanlarında və AQTA-da ciddi dəstəyə malikdir.
İNHISARÇILIĞIN İQTİSADİ MAHİYYƏTİ VƏ ONUN FORMALAŞMASI
İnhisar anlayışı alınan-satılan bir mal və ya xidmətin tək bir firma tərəfindən çıxarılması və ya satılması mənasını bildirir. Başqa sözlə, bir bazarda çoxlu sayda alıcı qarşısında tək satıcının olması inhisar adlandırılır. Bir mal və ya xidmətin yalnız bir firma tərəfindən bazara təqdim edilməsi ideal iqtisadi prosesin aradan qalxaraq bir sıra problemlərin ortaya çıxmasına, yəni bazarın axsamasına səbəb olur. İstehsalatın və ya satışın tək bir əldə toplanması, bazarda istənməyən bir vəziyyətin yaranmasına səbəb olmaqla yanaşı, bunun davamlılıq kəsb etməsi də problemin dərinləşməsinə gətirib çıxarır .
İnhisarçılıq fəaliyyətinin tənzimlənməsinin təzahür formaları və ona qarşı mübarizənin zəruriliyi
Elmi texniki tərəqqiyə öz mənfi təsir göstərən və eləcə da ümumilikdə iqtisadiyyatın mənafeyinə zərər vuran hadisə kimi xarakterizə olunan inhisarçılıq sadaladığımız elementlər ilə yanaşı, ümumilikdə, əmək məhsuldarlığına da mənfi təsir göstərir.İinhisarçılıq anlayışına ümumilikdə qiymətlərin süni formada artırılmasına səbəb olan, eləcə də məhsulların keyfiyyəti ilə əlaqəsi olmayan və istehsalın həcminin azalmasına gətirib çıxaran elementi kimi yanaşırlar. Belə olduqda isə istehlakçılar bazarda öz arzu və istəklərinə uyğun məhsul seçə bilmirlər.
Bu zaman 4 əsas xüsusiyyət daha çox diqqəti cəlb edir ki, bunlar aşağıdakılardan ibarətdir
- gəlirlərin bölgüsü – Gəlirlərin bölgüsü mərhələsində sahibkar daha çox bu proses zamanı qeyri-bərabərliyi şərtləndirir.
- bazara daha yaxın olmağı mürəkkəbləşdirən bu səbəblərə görə də stabil olaraq yüksək inhisar mənfəəti əldə etmiş olur.
- resursların qiymətləri və istehsalın düzgün şəkildə bölüşdürülməsi
- bazarda rəqabət aparan firmaları arasında xərclərlə bağlı yaranan çətinliklər Hər şeydən əvvəl qeyd etməliyik ki, dövlət azad rəqabət şərait yaradılmasında çox mühüm əhəmiyyət kəsb edir.
Bu şəraitin formalaşdırılması üçün isə bazarlara ardıcıl olaraq liberallaşdırılmalıdır. Bununla yanaşı, dövlət bazarda və inhisarlaşmaya səbəb ola biləcək məhsul istehsalının qarşısına almaq məqsədi ilə və eləcədə iri firmalar tərəfindən inhisarlaşmaya imkan verməmək üçün. onların istehsal etdiyi məhsulları əvəz edə biləcək məhsul istehsalına daha çox üstünlük verməlidir. Bu isə dövlətin bu prosesin nəzarət etmək məqsədilə həyata keçirdiyi iqtisadi tədbir hesab edilir. Dövlət özünün antiinhisar siyasətini yerinə yetirməklə inhisara səbəb ola biləcək istehsal prosesinə, eləcə də az qiymətlərə nəzarət etməlidir. Haqqında danışdığımız bu məsələlərə nəzarət məqsədilə isə dövlət ümumilikdə özünün qəbul etdiyi qanunvericilik aktları vasitəsilə və bu istiqamətdə fəaliyyət zamanı mövcud boşluqları aradan qaldıraraq daha da möhkəmləndirir.
Növbəti yazımızda daha geniş məlumat dərc edəcəyik.
P.S. Mediaxeberleri.Az olaraq, yazıda adıçəkilən şəxsin mövqeyini dinləməyə hazırıq.