Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb
Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb. “Report”un yerli bürosu xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb. 2007-ci il təvəllüdlü Qurbanov İslam Vahid oğlu hamamda dəm qazından boğularaq ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib. Fakt araşdırılır.
Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun imzalayıb. Dəyişikliklə dövlətin satınalma öhdəliyi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar…
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır
Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Limanın yükaşırma qabiliyyətinin 10 milyon ton artırılaraq 25 milyon tona çatdırılması üçün limanın genişləndirilməsi üçün 2-ci fazasının tikintisi üzrə xüsusi…