Month: Dekabr 2024

İran Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı verib

İran Prezidenti Məsud Pezeşkian AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib. Bu barədə İran Prezidentinin saytı məlumat yayıb. “Azərbaycan təyyarəsinin qəzaya uğraması xəbərinə çox məyus oldum. Sizə və Azərbaycan…

Paşinyan qəza ilə bağlı başsağlığı verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib. Paşinyan bu barədə “X” hesabında paylaşım edib. “Bakı-Qroznı reysində həlak olanların ailələrinə başsağlığı verirəm”, – deyə o qeyd edib.

Prezident İlham Əliyevin olduğu təyyarə Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib

Prezident İlham Əliyevin olduğu təyyarə Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib. Bu barədə Prezidentin Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, Sankt-Peterburq şəhərində MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşən…