Cəmiyyət

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir? -FOTOFAKT

Bakı şəhərinin mərkəzi rayonlarından sayılan Nəsimi rayonunda qanunsuz tikintilərin aparılması barədə zaman-zaman yazılıb. 

Yenixeber.org: İlginc məqam budur ki, ən ucqar ərazilərdə – yaşayış məntəqələrində aparılan hər hansı tikinti işindən anında xəbər tutan, hərəkətə keçən müvafiq strukturlar Nəsimi rayonunda aparılan qanunsuz tikinti işlərinə müdaxilə etmirlər. 

Nəsimi rayonu Cavadxan 17 ünvanında aparılan “gecəqondu” tikinti işi də hansısa yüksək vəzifəli məmurun himayə etdiyi tikintilərdən biridir. 

Çünki bu ərazidə aparılan tikinti işi normativlərə uyğun deyil. 

Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyatı orqanlara müraciət ediblər, lakin heç bir qurum ciddi reaksiya verməyib. Yaşayış binalarının arasında olan kiçik həyət sonradan sahibkar tərəfindən zəbt edilib:

“Dəfərlərlə dövlət orqanlarına yazmışıq. Məktublarımıza cavab verilmir. Bir ay əvvəl Ekologiya nazirliyindən əraziyə gəlib baxış keçirib getdilər. Bu obyektin yeri əvvəllər kiçik məhlə parkı idi. Yaşlılarımız burada hava alır, söhbətləşir, uşaqlarımız oynayırdılar. Ancaq qəfildən bu tanımadığımız sahibkar ərazini zəbt etdi. Yaşıl ağacları doğrayıb burada əndrabadi bir obyekt tikdi. Nə şikayətimizə baxan var, nə də sözümüzü dinləyən”.

     Bəs bu tikintini himayə edən kimdir?

2024-cü ilin sentyabr ayında keçirilən deputat seçkilərində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov deputat seçildiyi üçün bu vəzifə artıq boşdur.  

Nəsimi rayon icra Hakimiyyətində hazırda başçının 1-ci müavini vəzifəsində Gülarə Verdiyeva çalışır. G.Verdiyeva 2013-cü ilin noyabr ayından Nəsimi rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin, 2017-ci ilin fevral ayından Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsində çalışır. 

Nəsimi rayon İcra Hakimiyyətinin başçısının digər iki müavini isə Zahid Xəlilov və Ramiz Quliyevdir.

İcra Hakimiyyətində tikintilərə məsul şəxslərdən biri isə rayon təsərrüfatı şöbəsinin müdiri Asim Rzayevdir.  

Yuxarıda qeyd edilın qanunsuz tikintinin aparıldığı Nəsimi rayonunun Cavadxan 17 ünvanı isə Nəsimi RİH Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ərazisidir. 

Başçının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi isə Eldəniz Cabbarovdur. 

Bu qədər nəzarətedici orqan, səlahiyyətli şəxslər ola-ola Cavadxan 17 ünvanında qanunsuz tikintinin necə aparılması sualı isə açıq qalır…(qlobal.az)

Paylaş: