Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyadakı terrorçular indi özlərinə yeni rəhbər axtarırlar. Amma nə etsələr, faydasızdır.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydın şəhərində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə son zamanlar terrorla mübarizədə ciddi nəticə əldə edib:
“Beləliklə, imperialist güclərin terrorla Türkiyə sərhədini əhatə etməsinə icazə vermədik. Terrorsuz Türkiyə hədəfimizə çataraq şəhidlərimizin ruhunu şad etməyə çalışacağıq. Terrorçuların iki seçimi var: ya silahlarını ataraq təslim olacaq, ya da məhv olacaqlar”.