Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən BERLİN CARS adlı avto salon, Novruz İsrafilov adlı şəxsə 18 Yanvar 2025 ci ildə İnfiniti FX 35 markalı avomobil satmışdır. Lakin Novruz İsrafilov avtomobili aldıqdan sonra Şəki şəhərində yaşadığı üçün Şəkiyə yola düşmüşdür.
O, yolda olan zaman avtomobildə müxtəlif problemlər büruzə verməyə başlamışdır. Novruz Berlin carsdakı nümayəndəyə 050 600 77 11 nömrəli telefona zəng edərək avtomobilin nasaz olduğunu bildirmişdir, Novruza birtəhər Şəkiyə gedib çıxmağını Fuad adlı şəxs xaiş edərək bildirmişdir ki, təmirinə nə qədər pul xərcləsə ona bildirsin çəkilmiş xərcləri Berlin cars avtosalon ona həmin məbləği ödəyəcəkdir. Lakin Novruz İsrafilov avtomobilin mühərrik və digər hissələrinə 3500 manat pul xərcləmişdir eyni zamanda avtomobilin mühərriki dəyişdirilmişdir və başqa mühərrik qoyulmuşdur bu haqda Novruza Berlin Cars –ın işçiləri tərəfindən məlumat verilməmişdir. İsrafilov Novruz əlavə olaraq Berlin Carsdan aldığı İnfiniti FX 35 markalı avtomobilin mühərrikin rəsmi qeydiyyata düşməsinə 1000 manat pul xərcləmişdir. Yekun olaraq Novruz İsrafilov Berlin carsdan aldığı İnfiniti FX 35 markalı avtomobilə 4500 AZN pul xərcləmişdir. Lakin Berlin Cars isə Novruz İsrafilova onlardan aldığı avtomobilə xərclədiyi pulu geri qaytarmır. Berlin Cars avosalonu vətəndaşları aldadaqraq cəmiyyətdə vətəndaş narazıçılığına səbəb olur. Bilmək istərdik Berlin Cars avtosalonun rəhbərliyi orada baş verənlərdən xəbərdardırmı.
Zirveyolu.info Qarşı tərəfin mövqeyinin dinləməyə hazırıq.