“”Azərlotereya”nın “toçka”ları metronun girişinə qədər ayaq açıb” – “İnşallah, həmkarlarım bir qarın yeməyə görə…”
“Xəstə uşağına pul yığıb, onu da apardı fırıldaqçı, qumarbazlara yedirtdi. Neyləsin, hər tərəf qumarın cəlbedici reklamlarıdır”.
Mia.az xəbər verir ki, bu sözləri feysbuk-da jurnalist Elnurə Abuşova yazıb.
Onun sözlərinə görə, “Azərlotereya”nın “toçka”larının Azadlıq metrosunun girişinə qədər ayaq açması təəssüf doğurur: “Əvvəllər yerin üstündə camaatın cibinə girirdilər, goreşənlər kecib yerin altına… Həmkarlarımı axşam restorana yığıb yedirib-içiriblər. İnşallah, maşallah, mənə cavab yazmağa məcbur etdirməzlər 1 qarın yeməyə görə…”.
MİA.AZ