Cəmiyyət

“365 tourism” şirkəti 50 nəfərin 132 min 700 manat pulunu mənimsəyib… – DƏLƏDUZLUQ…

Pirallahı rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilə bilər. 

AzFakt.com bu barədə etibarlı mənbələrdən məlumat əldə edib. 

Məlumata görə 12 ildir Pirallahı rayonunun icra başçısı vəzifəsini tutan Vasif İmanov vəzifəsindən uzaqlaşdırılacaq. 

Açıklama yok.

Vasif İmanovun yerinə gətiriləcək şəxsin kimliyi barədə də informasiyalar dolaşmaqdadır.

Məlumata görə Pirallahı rayon İcra Hakimiyyətinə Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən  Əfqan Cəlilov təyin edilə bilər. 

Açıklama yok.

Qeyd edək ki, Cəlilov Əfqan Süleyman oğlu 2002-2005-ci illərdə Milli Bankın Bazar Əməliyyatları departamentində çalışıb. 2005-2013-cü illərdə “AGBank” Açıq Səhmdar Cəmiyyətinin Metodologiya şöbəsinin rəisi, İnkişaf departamentinin direktoru, Maliyyə Nəzarəti üzrə Baş direktor vəzifəsində işləyib. 2013-cü ildə “AGBank” ASC-də İdarə Heyəti sədrinin müavini təyin edilib. 2016-2020-ci illərdə “AGBank” ASC-də İdarə Heyətinin sədri vəzifəsində işləyib.

AzFakt.com

Paylaş: