Yayılan məlumatlara görə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi bu günlərdə Rusiya Fedarasiyasının paytaxtı Moskvaya gəlib.
ABŞ təmsilçisinin Rusiya tərəfi ilə apardığı danışıqların əsas mövzusu üç ildir davam edən Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmaqdır.
ABŞ-Rusiya-Ukrayna siyasətçiləri arasında aparılan gizli danışıqların aşkara çıxdığı məlum olur.
Ukrayna prezidenti Vladimir Zelenski keçən ilin payızında “qələbə planı”nın təqdimatı zamanı vurğulamışdı ki, Ukrayna təbii ehtiyatlara : dəmir , uran, titan, litium, qrafit və digər metallara sahibdir və bu sərvətlər trilyonlarla ABŞ dolları dəyərindədir. Prezident Donald Tramp da ABŞ-ın Ukraynaya avropalı müttəfiqlərindən daha çox hərbi və iqtisadi yardım göstərdiyini vurğulayaraq , Vaşinqtonun Ukraynanın qiymətli metallarına çıxışını təmin edəcək saziş bağlamaq niyyətində olduğunu bildirib. Məlumatlara görə Tramp Ukraynanın təhlükəsizliyini təmin etməyin əvəzində ; bu ölkənin trilyon dollarla dəyərləndirilən təbii sərvətlərini tələb edir.
Ukrayna tərəfi də ölkəsinin təhlükəsizliyini təmin etmək baxımından ABŞ-ın qarantisini ala bilmək üçün ərazisindəki faydalı qazıntıların [ dəmir , uran , titan , litium , qrafit və s. ]
“Ağ Ev”in nəzarətinə keçməsiə razıdır. Lakin o da məlumdur ki , bu yaxınlarda Ukrayna ilə İngiltərə arasında 100 illik müddətə strateji saziş imzalanmışdı.
Diğər tərəfdən 2022-i ildə Türkiyənin İstanbul şəhərində Rusiya – Ukrayna müharibəsində atəşkəs razılaşması haqqında danışıqlar aparılarkən , bu razılaşma İngiltərənin müdaxiləsi nəticəsində pozulmuşdu. Bu reallıqlar göstərir ki , Ukrayna uğrunda ABŞ və İngiltərə arasında ciddi rəqabət mövcuddur.
Görünən budur ki , ABŞ istəyinə çatmaq üçün müharibənin dayandırılmasına tələsir İngiltərə isə əksinə ; ABŞ-ın planını pozmaq üçün müharibənin davam etməsinə çalışır. Görünən odur ki , əzəli müttəfiqlər olan Böyük Britaniya ilə ABŞ arasında : pul , var – dövlət , trilyonları mənimsəmək uğrunda gərginliyin artacağı gözlənilir . Hadisələrin gedişi göstərir ki , Ukrayna müharibəsindən sonra durum aşağıdakı kimi olacaq :
1. Ukrayna Krım , Zaporojye , Donetsk və Luqansk vilayətləri ilə vidalaşmalı olacaq ;
2. Rəsmi Kiyev uzun illər Londonla Vaşinqton arasında seçim etmək çətinliyi ilə üzləşəcək ;
3. İqtisadi baxımdan çox ağır duruma düşdüyü üçün Rusiya get – gedə zəifləyəcək və süquta uğrayacaq .
Ukrayna siyasətçiləri güclənmədən , müharibəyə tam hazır olmadan Qərbin : “demokratiya” , “insan haqqları” kimi şirin vədlərinə inanaraq , Rusiya İmeriyası ilə qarşıdurmaya getdiyi üçün ; öz xaıqının faciələr yaşamasına səbəb oldu.
Hesab edirik ki , Azərbaycan dövləti geopolitik durumu düzgün qiymətləndirir.
Rəsmi Bakı yürütdüyü , ehtiyatlı , tarazlı siyasəti ilə Dövlətimizi və Xalqımızı təhlükələrdən qoruyur.
Qəvami Sadıqbəyli, Jurnalist – politoloq .
12 Fevral 2025 – ci il.