ABŞ-nin sabiq prezidenti Barak Obama məşhur aktrisa Cennifer Enistonla eşq yaşaması iddialarına foto ilə cavab verib.
Obama dünən-Sevgililər Günündə həyat yoldaşı ilə birgə fotosunu paylaşıb.
“Otuz iki ildir birlikdəyik və hələ də nəfəsimi kəsirsən. Sevgililər Gününüz mübarək”, – fotoya başlıq yazıb.
Qeyd edək ki, bir müddət öncə Barak Obama ilə məşhur aktrisa Cennifer Eniston arasında qeyri-qanuni eşq yaşandığı iddia olunurdu.
İddialardan sonra Eniston bu söhbətləri rədd etmişdi. Məşhur aktrisa “Bu, qətiyyən doğru deyil. Mən onunla cəmi bir dəfə görüşdüm. Mişeli ondan daha çox tanıyıram”, – deyib.

