Xırdalan Şərab Zavodunu idarə edən “A+CO” ASC ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb. Şərab zavodunun cərimələnməsi gözlənilir.
“A+CO” ASC-nin İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
“A+CO” ASC ilə bağlı iş baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. 28 fevral tarixində hakim Abusət Qasımovun sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, Xırdalan Şərab Zavodunu idarə edən “A+CO” ASC 1997-ci ildə MMC kimi təsis edilib. Şirkət şərab, konyak və digər alkoqollu işçilər istehsal edir. “A+CO” ilə “GOLD VİNE” ASC-lər ikisi də eyni ünvanda yerləşir. Hər iki şirkətin qanuni təmsilçisi Qasımov Xanoğlan Məsim oğludur.(Tribunainfo)
Qarşı tərəfi dinləməyə hazırıq.