Millət vəkili və Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva geyim tərzi ilə yenidən gündəmə gəlib.
32gun.az-ın məlumatına görə, deputatın yayılan fotosunda məşhur “Balenciaga” brendinə məxsus kəmər taxdığı görünür.

Araşdırma zamanı məlum olub ki, sözügedən aksesuarın bazar qiyməti orta hesabla 840 manatdır. Bu markaya məxsus kəmərlərin qiymətləri isə 700 manatdan 1000+ manata qədər dəyişir.
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib
Son dövrlərdə bəzi deputatların geyim tərzi və istifadə etdikləri bahalı aksesuarlar ictimaiyyət arasında maraq doğurur.

Qeyd edək ki, Könül Nurullayeva Millət vəkili və Atletika Federasiyasının vitse-prezidenti olmaqla yanaşı, ISSA İcraiyyə Komitəsinin üzvü və Qiymətləndirmə və Təftiş Komissiyasının sədridir. (Şəkil 2023-cü ilə aiddir, həmin dövrdə federasiya ISSA yox, ISSF adlanırdı.)
32gun.az