Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -Bu oyunlarına elə don geyindirir ki,…
Vilayət Vəliyev qadınlara qarşı xüsusi tərbiyəsizliyi ilə tanınır. Bir xanıma deyib ki, səni “iti qovan kimi qovacağam unversitetdən”. Qızı da unversitetdə təkbaşına 3 vəzifə aparır…
Bu iddialar Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevin fəaliyyəti ilə bağlı Yenixeber.org-a daxil olmuş növbəti yazıda yer alır. Təəssüf ki, səslənən iddialarla bağlı bu təhsil ocağından cavab almaq mümükünsüz olub(?)
Aktuallığını nəzərə alıb, müəyyən düzəliş və ixtisarla yazını dərc edirik:
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev dələduzluq, moşenniklik və müxtəlif şirnikləndirici vədlərlə Unversitetə çağırıb gətirdiyi ziyalılara kiçik işlərdən başlamaqla unversitetin çatışmazlıqlarını düzəltməyi tapşırır və bildirir ki, nə xərc çəkəcəksən qaytarılacaq. İşlər yerinə yetirildikcə, azğınlaşır, daha böyük xərcli işlər tapşırılır. Sonrada, “işlərin öhdəsindən gələ bilmirsən” deyilərək, ziyalılara nə pulu qaytarır, onları həm də işdən azad edir. Əməkdaşların vəsaitlərini mənimsədiyinə görə onlarda “Atam mənə kor deyib, hər gələni vur deyib” məsəlini dəyişib “Mən rektoram oğruyam, Mən həmişə doğruyam” kimi səsləndirirlər. İnsanların “işə” cəlb olunmasında isə hətta prorektorlar, “seçilmiş” dekan və kafedra müdirləri iştirak edirlər. Tam bir qapalı “moşenniklik” sxemi qurulmuşdur. Təzyiq vasitəsi kimi, müxtəlif “oyunlar“ qurur və bu çirkin oyunlara Unversitetdəki öz adamlarını cəlb edir. Odur ki, Unversitetdə təhsil, elm qalıb bir yanda, “oyunbazlıqla” məşğuldur.
İşdən çıxarma yöntəmlərini də “təkmilləşdirir”. Əvvəlcə guya yaxşı işləyirsən deyə bir başqa iş adıyla digər işə keçirir, sonra qısa müddətə bağlanmış müqavilənin müddətini uzatmır (Bu üsul o qədər “effekt” verib ki, indidə tədris köməkçi heyətə tətbiq edir). Beləliklə aldadılmış onlarla ziyalını çöldə qoymuşdur. Bu fırıldaqlar baş tutmayanda, vəzifəni guya vakant kimi müsabiqəyə çıxarır və sonra da çirkin oyunlarla, yüz xahişlə unversitetə gətirdiyi, vəsaitlərini mənimsədiyi ziyalını müxtəlif yollarla çöldə qoyur. Türklərin dedikləri kimi onun “mənfur bizans oyunları” bitmir ki, bitmir. Aldatdığı ziyalıları işdən uzaqlaşdırmaq üçün hər dəfə bir “komissiya” yaradır. Harda unversitetdə adı mənfi işlərdə hallananlar var, yığır “komissiyaya”. Unversitetdə tam bir əks fazaya doğru irəliləyiş gedir, vaxtilə düşdüyü bataqlığa doğru yenidən sürüklənir.
Elə kafedralar var ki, 10-a qədər 1,5 ştat müəllim var, bəzilərinə isə heç birinidə icazə vermir. Soruşanda da şər, böhtanla qabaqdan gəlmişlik edib özünü borclu çıxarır.
Qadınlara qarşı xüsusi tərbiyəsizliyi ilə tanınır. Bir xanıma deyib ki, səni “iti qovan kimi qovacağam unversitetdən”. Xanım da tərbiyəsinə sığınıb ərizəsini yazıb. Axı bu kəlmə xalqımızın dilində ermənilərə qarşı brendə çevrilmişdi. Vilayət Vəliyev isə xalqın məsul nümayəndəsinə, özü də bir azərbaycanlı xanıma qarşı o ifadəni işlədir. Vilayət Vəliyevin qızı da unversitetdə təkbaşına 3 vəzifə aparır, ona qarşı bu ifadəni işlətsələr hansı hissləri keçirər? Çıxışlarında utanmadan bildirir ki, işdən uzaqlaşdırdığı insanlar bir daha yaxşı iş tapa bilmir. Ona deyən lazımdı, əlbəttə tapa bilməyəcəklər, çirkin oyunlarınla insanları işindən-gücündən edib, unversitetə gətirirsən, sonra da min oyunla yola salırsan. Bu oyunlarına elə don geyindirir ki, həmişə vəziyyətdən çıxmağı bacarır.
***
Onun çirkin oyunları son vaxtlar mətbuatda işıqlandırıldıqdan sonra faktlardan ancaq birinə reaksiya verdi . Guya AzTU-dan qovulanların siyahısında qeyri dəqiqlik vardır. Böyük ehtimalla sonradan hansısa düzəlişlər edilib, necə ki, eyni məsələ üçün gündə bir “komissiya” yaradır. Bir də o faktlardan ancaq birinin doğru olmadığını bildirdi, onda belə çıxır ki, qalan faktlar düzdür.
Bütün işləri kompleksləşdirmişdir və Unversitetə götürdüyü kadrların təhsildən xəbəri yoxdur. Onları zorla pedaqoq eləməyə çalışır, hansı ki, o adamlar adi sillabus hazırlaya bilmir, bir saat auditoriya təcrübələri yoxdur.
Vilayət Vəliyev AzTU-ya özünə kimdənsə qalmış mirası kimi baxır və bəzi yandaşlarıda bunu dönə-dönə xatırladır. Yaxşı elə idisə nə üçün ermənilərə qarşı bütün Vətən oğulları Ali Baş Komandanın başçılığı altında vuruşanda Vilayət Vəliyev öz oğlunu gizlətdi. Bunlar ermənilər üzərində vətən oğullarının qazandığı qələbənin qürur hissini nə onda yaşaya bildi, nə də indi. Bunların vətən müharibəsi iştirakçılarına və onların yaxınlarına qarşı xain münasibətinin əsl səbəbi onların qürur hissindən kəsad qalmasıdır. Xalq artisti Fəxrəddin Manafov şəhidlərimiz, qazilərimiz və veteranlarımız haqqında gözəl demişdir: “Müharibədən qayıtmırlar, müharibədən qayıtmaq mümkün deyil, yəni fiziki olaraq əlbəttəki şükür Allaha, qayıdanlar var, ama düşüncə ruhu ilə onlar ordadırlar hər zaman”. Görün iş nə yerə çatıb ki, Vilayət Vəliyev şəhid, veteran yaxınlarını üz-üzə qoymaq üçün min çirkin oyundan çıxır. Onların “stress” halından mənfurcasına məharətlə istifadə edir.
Ali Baş Komandanımız Möhtərəm İlham Əliyev, 1-ci Vitse president Mehriban xanım Əliyeva bu gün də müharibə atəşinin bürüdüyü şəhidlərimizdən, qazilərdən, veteranlardan danışanda kövrəlir. Nə üçün? Çünki, o odlu-alovlu günləri onlarda Vətən oğulları ilə, yaxınları ilə birgə yaşadı. Ancaq AzTU-nun yuxarıda adı keçən “moşenniklər”i bunu heç vaxt başa düşməyəcəklər. Qürur hissindən məhrum qalmaq belə şeydir. Ona görə günahlarını özlərində deyil vətən oğullarında görəcəklər.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Yenixeber.org