ABŞ Ukrayna resurslarının mənimsənilməsinə dair sazişin bağlanmasında finiş xəttinə çox yaxındır, lakin bu sənəd Prezident Volodimir Zelenskinin Vaşinqtona bu yaxınlarda gözlənilən səfəri zamanı imzalanmaya bilər.
Bunu Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlərə açıqlamasında deyib.
“Prezident Donald Trampın bəyan etdiyi kimi, nadir torpaq mineralları haqqında sövdələşmə tamamilə xüsusi əhəmiyyət kəsb edir. Biz bu sövdələşmənin bağlanması üçün finiş xəttinə çox yaxınıq”, – Ağ Ev rəsmisi qeyd edib.
“Tramp dünən bildirib ki, sənədin imzalanması üçün Zelenskini Ağ Evdə salamlayacaq”, – Livitt əlavə edib.
O, söhbətin Zelenskinin fevralın 28-də Vaşinqtona səfəri ilə bağlı olduğunu təsdiqləyib və planların dəyişib-dəyişmədiyini Ağ Evin Milli Təhlükəsizlik Şurasında yenidən yoxlayacağını vəd edib.