Dünya

Matvienko Bakıya gələcək

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matvienko martın ortalarında Bakıya səfər edəcək.

“Vesti.az”ın məlumatına görə, Rusiya rəsmisi ikitərəfli münasibətlərin vəziyyətini müzakirə etmək niyyətindədir.

Matvienko AZAL-ın təyyarəsinin qəzaya uğraması (vurulması-red.) və nəticədə Bakı ilə Moskva arasında yaranmış münasibətlərin korlanmasından sonra Rusiyanın Azərbaycana səfər edəcək ilk yüksək rütbəli rəsmisi olacaq

Rusiya tərəfi hələ ki təyyarə hadisəsinə görə məsuliyyəti öz üzərinə götürməkdən, həmçinin rəsmi üzr istəməkdən imtina edir.

Paylaş: