Cəmiyyət

İstilik yoxdur, həkimlər üst geyimdə xidmət göstərir – 2 saylı Qadın Məsləhətxanasından ŞİKAYƏT

Bakı şəhəri, Yasamal rayonunda yerləşən 2 saylı Qadın Məsləhətxanasındakı həkim və xəstələr istilik sisteminin olmamasından şikayətlənirlər.

İşçilər müəssisənin köhnə olduğunu, bu səbəbdən əlavə qızdırıcıdan istifadənin yanğın təhlükəsi yarada biləcəyini qeyd ediblər. Bu durum həkimlərin işini yerinə yetirməyə mane olur, onlar müayinəni belə üst geyimlərdə etməyə məcbur olurlar.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, müəssisənin təmir olunması gözlənilir:

“Bakı Baş Səhiyyə Mərkəzindən bildirilib ki, 2025-ci il təmir planına uyğun olaraq 2 nömrəli Qadın Məsləhətxanası cari təmirə cəlb olunub. Cari il ərzində tibb müəssisəsinin təmir olunması, istilik sisteminin yenidən qurulması nəzərdə tutulub”.

Paylaş: