“Rusca təhsil almış alimlərə xüsusi imtiyaz tanınır” – Tibbi Bərpa İnstitutunun elmi işçilərindən ölkə başçısına şikayət
Sadiq oxucularımız xatırlayarlar, bir neçə gün əvvəl gundemxeber.az saytında “Direktor qaziləri təhqir edir” sərlövhəsi altında Respublika Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun elmi işçilərinin ölkə başçısına, birinci xanıma və surətini əlaqədar qurumlara ünvanladıqları şikayəti təqdim olunmuşdu.
Mətni kifayət qədər uzun olan şikayətnamənin yalnız bir hissəsini dərc etsək də, məsələ elmi və tibbi ictimaiyyət arasında rezonans doğurub.
Xatırladaq ki, şikayətin 7 bəndlik birinci hissəsində İnstitutun baş direktoru Mətanət Əfəndiyevanın işçilər arasında ayrı-seçkilik etməsindən, hüquqpozmalara rəvac verməsindən, süni şəkildə elmi fəaliyyətə və gənc elmi kadrların hazırlanmasına məhdudiyyətlər qoyulmasından, qazilərə verilən yemək menyusunda əskiklik olmasıından, direktorun yarıtmaz idarəçilik siyasətinə etiraz edən işçilərin daim aşağlanmasından və s. qanunsuzluqlardan bəhs olunurdu.
YAZININ ƏVVƏLİ BURADA: Burda nə elm var… nə də tədqiqat… – İTTİHAM VAR...
Şikayətnamənin davamını təqdim edirik:
8. Aylıq rüşvət müqabili əsasında bəzi həkimlərə (hətta yeni işə götürülmüş cavan kadrlara) elmi işçi tam ştatı ilə yanaşı həkim yarımştat əlavə paylanıb, rüşvət verməyənlərə isə ümumiyyətlə bu vakant yerləri elan etmədən, “struktur dəyişir, gözləyin” deyilərək aldadılaraq yola salınır.
9. Müvafiq ixtisas üzrə rəsmi Şəhadətnamələri (Sertifikatları) olmayan həkimlərə şərait yaradılıb, onlar növbədə qalır, stasionarda xəstə aparır, bizim sənədlərimiz tam yerində olmasına baxmayaraq işimizdə məhdudlaşma və manelər yaradılıb, xəstə aparılmasına stasionarda imtina olunur. Bizim bacarıqlarımıza uyğun olan manipulyasiyalar icbari tibbi sığorta xidmətlər zərfində qarşılansa da, və biz bunu bacarsaq da, institut rəhbərliyi süni şəkildə bu prosedurların aparılmasına qadağa qoyur, məcbur oluruq xəstələrimizi başqa klinikalara yönəldək. Lakin manipulyasiya və iynə otaqlarında 10-15 AZN müqabilində xəsətələrə intravenoz infuziyalar qoşulur.
10. İxtisasına uyğun olmayan sənədsiz vəzifə tutanların sayı – hesabı yoxdur. Artıq əmək haqqları dövlətin hesabından verilir. Əksinə, otuz beş il təcrübəsi olan elmi işçi aylıq 575 azn əmək haqqı alır. İşçilərin rifahını düzəltmək əvəzinə, özlərinə yaxın və rüşvət aldıqları həkimlərə əlavə ştatlar, əlavə bonus və mukafatlar verilir, lakin digərlərinin əmək haqqısı və bonusları kəsilir, sosial bərabərsizlik və işçilər arasında ayrı-seçkilik yaradır, lakin bu ayrıseçkilik peşə nailiyyətlərinə uyğun aparılmaq əvəzinə, əksinə peşə nailiyyətləri olmayanlara verilir, peşə nailiyyətləri olanlara isə töhmətlər yapışdırılır.
11. Əsas Tibbi Xidmətlərdən əlavə bir neçə lazımsız vəzifələr üçün vakansiyalar yaradılıb, direktorun köməkçisi vəzifəsində kimdir və nə işlə məşğuldur? İnstitut üçün faydalı əmsalı varmı? İnstituta gəlir gətirən bəzi fağır həkimlər qul kimi işlədilən zaman, bəzi lazımsız vəzifələrə artıq pullar xərclənir, lakin doğrudan da lazımi kadrlar və işçilər cəlb edilmir. Bizim müəssisəmiz Publik Hüquqi Şəxsdir, dövlətə tabe olsa da kollektivin də səsi nəzərə alınmalıdır, niyə bizi eşidən yoxdur?
12. İnstitutun avadanlıq balansında qeydiyyatda olmayan, mənşə sertifikatı instituta təqdim edilməyən tibbi avadanlıq və aparatlar bəzi həkimlər tərəfindən qeyri-qənuni şəkildə istifadə edilməsinə institutun rəhbərliyi “göz yumur”. Lakin dəfələrlə tələbnamə yazdığımız avadanlıq alınmır, hətta əl yumaq üçün salfet və sabun məcbur aylarla öz cibimizdən almışıq.
13. Xəstəyə baxılan və tədqiqat aparılan bir müəssisədə necə olur ki, pensiya yaşına görə farmako-nəzarət üzrə mütəxəssis əvəzi tapılmadan işdən çıxarılır, lakin 72 yaşlı pensioner həkimi xəstələrə baxmaq üçün təyin edirlər? Təqaüdçü əməkdaşlar həm təqaüd, həm əmək haqqı alır, bu azmış kimi təqaüd yaşında poliklinika və stasionarda əlavə yarım ştat vahid vəzifə də verilərək əmək haqqı alırlar. Keçən il sertifikasiyasını hələ almamış Artroloqiya şöbəsinin müdiri, İnstitutun böyük elmi işçisi Sevinc Kərimova 72 yaşinda klinikada əlavə yarım ştat vahid həkim vəzifəsi alıb.
14. Xəstənin hüququ var ki, fayda və sağlamlıq, düzgün müalicə gördüyü həkimi seçsin, öz həkiminin adına gələn xəstəni süni şəkildə maneələrlə, həkimin arxasınca “o nə bilir, o kimdir mənim yanımda, mən rus məktəbiyəm, o isə azərbaycan, sizə rus məktəbi bitirən həkim daha yaxşı məsləhət verə bilər” deyilərək başqa həkimlərə yönləndirilir, xəstələr isə bu faktlardan narazı olurlar. Bu nə siyasi ayrı-seçkilikdir? Bizim Azərbaycan məktəbini bitirən alimlərimiz və həkimlərimiz bir çox ölkələrdə tanınır və sayılır, bu diskriminasiyadır, xəstələrin gözü önündə belə şəkildə həkimi alçaltmaq və nüfuzunu yerə salmaq yolverilməzdir.(GundemXeber.Az)
Yazıda adıçəkilən və ittiham olunan şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Davamı olacaq.