Cəmiyyət

Mikayıl Cabbarovdan TOTAL İXTİSAR QƏRARI… – BU NƏDİ BELƏ?..

İqtisadiyyat Nazirliyində 150 nəfər işdən çıxarılır. Bu barədə Anaxeber.info-ya məlumat verilib. Xəbərə görə, nazirliyin tabeliyində olan Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan İnvestisiya Şirkətinin toplam 150 nəfər işçisinə nazirlikdən işdən çıxmaq üçün ərizə yazmaları haqqında göstəriş gəlib.
Hər şey ondan başlayıb ki, 2021-ci ildə nazirlik bir-biri ilə əlaqəsi olmayan bu iki şirkəti birləşdirib Azərbaycan Biznesinin İnkişafı Fondu adlı yeni qurum yaratmağı qərara alıb. Bu ilin fevralında heç bir təşkilati məsələ həll edilmədən yeni şirkət qeydiyyatdan keçirilib. İşçilərə əvvəlcə kompensasiya ödənilərək yeni şirkətə keçiriləcəkləri söz verilsə də, sonradan ərizə yazıb işdən çıxmaları əmr olunub. Belə izah olunub ki, işçilərə kompensasiya ödənməsi dövlət büdcəsini talamaq deməkdir.
Hüquqları pozulan işçilər isə bayramqabağı ərizə yazıb işsiz qalmalarından qorxurlar.

Paylaş: