Son günlər ARTİ geniş şəkildə reklam edir. Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat başlandı. Sanki hər kəs böyük həvəslə bu müsabiqəni gözləyirmiş kimi. Əslində isə real vəziyyət başqadır. Ard-arda bu qədər müsabiqə(RFO, Lütfizadə, Tusi və s) eyni şagirdlər, valideynlərin cibindən çıxan pul, yuxarıdan gələn əmr və bitməyən bullinqlər-bu hadisənin real vəziyyətidir.
Gəncə-Daşkəsən Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən bütün təhsil müəssisələrin rəhbərlərinə Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə məcburi şagirdlərin qeydiyatdan keçrilməsi tapşırığını verib. Hər məktəbdə hər sinifdən iki şagird məcburi qeydiyatdan keçrilməlidir. Belə desək öhdəlik qoyulub. Goranboy rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbin öhdəsinə 35 şagird qeydiyatdan keçrilməsi tapşırılıb. Məktəbdə 30 sinif var. Dünən keçirilən sinif rəhbərlərinin iclasında direktor Ceyhun Cahangirov sinif rəhbərlərinə öz tapşırığını verərək bildirib ödəniş 20 manatdır və bunu şagirdlər etməsə sinif rəhbərinin əmək haqqından tutulacaq. Bundan narazı qalan sinif rəhbərləri votsap qruplarında valideyinlərə səs yazısı göndərirlər.
(səsyazıları əlimizdədir)
Bu məktəbdə pul yığımı məsələsi bitmir. Bir də bu məcburi yarışlar, olimpiyadalar, müsabiqələr işi daha da çətinləşdirir. Nəzərə alaq ki, o pullar hamısı valideyndən tələb olunur və bu valideynlərdə də məktəbə qarşı ikrah hissi formalaşır. Eynilə şagirdlər də bu məcburiyyətlər qarşısında bullinqə məruz qalırlar. Beləliklə, Nazirlik özü təhsili gözdən salır, Nazirlik özü müəllim-valideyn münasibətlərini pozur. Nazirlik özü şagirdlərdə stress, gərginlik və zorakılıq yaradır.
Bundan əlavə, məktəbdə şagird davranış qaydaları ilə bağlı düzəldilən posterə 20 manatdan pul yığılır. 20 manatı verməkdə çətinlik çəkən müəllimlər sinifdən hər uşaqdan 1 manat pul yığıb posterin pulunu düzəldib zavuçun vasitəsiylə direktora verir.
İndidə Novruz xonçası münasibətilə bütün məktəbin şagirdlərindən 1 manatadan pul toplanılması tapşırığı verilib.
Bu və ya digər səbəbdən davamlı pul yığılır. Emin Əmrullayev brifində deyir bir şagird üçün 20000 pul xərcləyirik. İnanın ki, 50000 alırsız, 20000-nin xərcləyirsiz. Üstəlik də bütün qoyduğunuz qanunları özünüz, öz qurumlarınız pozursuz. Bütün etik davranış qaydalarını Elm və Təhsil Nazirliyi, o cümlədən Nazirliyin tabeliyindəki Qurumlar pozur!!!(tehsilmedia.az)