Month: Aprel 2025

Saleh Məmmədova yaxın olduğu deyilən “tender kralı” daha bir müsabiqənin qalibi oldu

“Tender kralı” kimi tanınan ATF şirkəti növbəti satınalma müsabiqəsinin qalibi seçilib. Şirkətin qalib seçildiyi tenderi Ağdaş Rayon İcra Hakimiyyəti keçirib. Tender Ağdaş şəhəri İqbal Rzayev, F.Səfərov, Ərəş, Mirzalı Əliyev, M.Ə.Rəsulzadə və Sönməz Məmmədov küçələrində aparılacaq əsaslı təmir işlərinin satına alınması…

Daha bir MTK yaşayış ola-ola söküntü aparır – “Evimi başıma uçurdurlar, kömək edin” — FOTOLAR

Redaksiyamıza evinin qanunsuz söküntüsü və qəzalı vəziyyətə salınması ilə bağlı şikayət daxil olub. “Lux Residence” Məhdud Məsuliyyətli Cəmiyyət qanunsuz söküntü işi aparır. Siyavuş Əsgərov milli. az-a açıqlamasında bildirib ki, illərdir Yasamal rayonu Kazım Kazımzadə küçəsi 32 ünvanında yaşayır. Evlərin plana…

Prezident nəvələri ilə idman zalında – Fotolar

Türkiyədə səfərdə olan Prezident İlham Əliyev nəvələri Əli və Mikayıl Ağalarovlarla idman zalında məşq edib. Bununla bağlı fotoları Əli Ağalarov sosial şəbəkədə paylaşıb. “Baba ilə Antalyanın idman zalında tam bədən məşqi!”, – o, paylaşıma qeyd edib.