Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Nazim Adil oğlu Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, N.Pənahov bu təyinata qədər Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.
Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı
Mədəniyyət Nazirliyinin tabeliyində olan “Əsaslı Tikinti və Təchizat” MMC-nin Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzinin cari təmir işləri ilə əlaqədar elan etdiyi tender ləğv olunub. qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib. Ləğvedilmənin səbəbi açıqlanmayıb. Tenderin dəyəri…
DYP radarlarla bağlı müraciət yaydı
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) radarlarla bağlı hərəkət iştirakçılarına müraciət edib. Müraciətdə deyilir: “Yol hərəkəti — bu, sadəcə nəqliyyat vasitəsinin bir nöqtədən digərinə hərəkəti deyil. Dünyada hər gün milyonlarla insanın qarşılıqlı anlaşma, məsuliyyət və diqqətlə birgə hərəkət etdiyi…



