Yağıntılar nə vaxtadək davam edəcək?
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 18-i səhərədək davam edəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda ölkə ərazisinin bəzi yerlərində leysan xarakterli yağış yağır. Yağıntıların sabahdan etibarən kəsiləcəyi proqnozlaşdırılır.
Gürcüstanda ali təhsilin müddəti azaldılacaq
Gürcüstanda bakalavr və magistr pilləsi üzrə təhsilin müddəti azaldıla bilər. “Zirveyolu.info” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş naziri İrakli Kobaxidze təhsil sahəsində nəzərdə tutulan islahatların təqdimatı zamanı açıqlayıb. Onun sözlərinə görə, həmin islahatlar çərçivəsində bəzi…
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından da çıxarılır – Mədət Quliyevdən açıqlama
Haqqında 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev Azərbaycan Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılacaq. “Zirveyolu.info” xəbər verir ki, bu barədə Manset.az-a açıqlamasında Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini general-polkovnik Mədət Quliyev bildirib….



