Month: Noyabr 2025

Tanınmış rəssam vəfat etdi

Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi,  heykəltəraş-rəssam​ Elman Cəfərov 74 yaşında vəfat edib. “Zirveyolu.info” xəbər verir ki, bu barədə onun müəllim kimi fəaliyyət göstərdiyi Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Bildirilib ki, E.Cəfərov universitetin İncəsənət fakültəsinin “Təsviri incəsənət” kafedrasının müəllimi işləyib….

Məktəblilərin payız tətili başlayır

Noyabrın 16-dan ümumi təhsil müəssisələrində payız tətili başlayır. “Zirveyolu.info” xəbər verir ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Qərarına əsasən, ümumi təhsil müəssisələrində noyabrın 16-20-si tarixləri payız tətilidir. Tətildən sonra ilk dərs günü noyabrın 21-i olacaq.

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. “Zirveyolu.info” xəbər verir ki, təbrik mətnində deyilir: “Hörmətli cənab Prezident, Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm….