Cəmiyyət

Toyota Gəncə Mərkəzinə 188 min manatlıq avtomobil sifarişi – TENDER NƏTİCƏSİ

Azərbaycan Metrologiya İnstitutu “Maliyyə və təsərüfat şöbəsinin Təchizat və təsərüfat sektoru üçün 4 (dörd) ədəd yeni hibrid mühərrikli, sedan tipli avtonəqliyyat vasitələrinin satınalınması” nəticələrini elan edib.

Zirveyolu.info  FED.az-a istinadla xəbər verir ki, tenderin qalibi “Toyota Gəncə Mərkəzi” MMC olub.
Qalib şirkətə 188 000 manat ödəniləcək.

Avtomobil üçüb tələblər: Texniki Göstəricilər: Kuzovun tipi: Sedan Mühərrik sm3; -minimal: 4 silindirli/1798 sm3/141 at gücü -maksimal: 4 silindirli/2000sm3/ 192 at gücü Mühərrikin tipi: Hibrid (elektrikli) Rəngi: Ağ Buraxılış ili: 2023-cü il Sürət qutusu: avtomat (pilləsiz) Yanacaq çəni; -minimal: 43 litr -maksimal: 49 litr Yanacaq sərfiyatı qarışıq rejimdə litr/100km; -minimal 3 litr -maksimal 4.9 litr Ölçüləri (Uzunluq, En, Hündürlük); -minimal: 4630/1780/1435 mm -maksimal: 4855/1865/1485 mm Sükan: Elektrik gücləndiricili, multi, teleskopik tənzimlənmə Oturacaqlar minimal: parça, mexaniki tənzimləməli Multimedia minimal: 8” ekran, car play, bluetooth, aux, 4 dinamik. Yürüyüş: 0 km Təhlükəsizlik təçhizatı: 6 ədəd təhlükəsizlik hava yastıqları, TSS aktiv təhlükəsizlik sistemi, ABS, EBD, ESP, Hill Start Assist, immobilayzer Komfort özəllikləri minimal: klimat kontrol, kruiz kontrol, arxa kamera, işıq sensoru, ön və arxa şüşələrin elektrik tənzimlənməsi, yan güzgülərdə dönmə işıqları, duman əleyhinə faralar, ön led-halogen faralar, avtomatik uzaq işıq sensoru, gündüz led işıqları. ZƏMANƏT MÜDDƏTİ MİNİMAL: 3 İL VƏ YA 100.000 KM

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir