Ramiz Mehdiyevin adı Lütfi Zadə, Nəsrəddin Tusi ilə bir arada: Siyahını kim tərtib edib? – ŞOK FAKTLAR
Akademik Ramiz Mehdiyevin adı “Azərbaycan Elm Fondu”nun dünyaca məşhur azərbaycanlı alimlərinin siyahısına daxil edilib.
Musavat.com xəbər verir ki, həmin siyahıda Zərifə Əliyeva, Nəsrəddin Tusi, Yusif Məmmədəliyev, Lütfi Zadə kimi görkəmli alimlərin adları var.
Onların hər biri öz sahələri üzrə böyük elmi işlər görüb, yeniliklər ediblər. Ramiz Mehdiyevin adının bu siyahıya daxil edilməsi bir çox insanlar tərəfindən təəccüblə qarşılanıb.
Musavat.com-a daxil olan məlumata görə, Ramiz Mehdiyevin adının həmin siyahıya salınmasında fondun icaçı direktoru Mehriban İmanovanın rolu böyükdür. İddia olunur ki, o, akedemikin həyat yoldaşı ilə yaxın rəfiqədir və bu rəfiqəlik Ramiz Mehdiyevi qeyd etdiyimiz siyahıya daxil edib.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası bundan öncəki prezident Ramiz Mehdiyevin adını qurumun sabiq prezidentləri siyahısına salmayıb.
Qurumun saytının “AMEA haqqında” bölməsində akademiyanın keçmiş rəhbərlərinin adı qeyd edilib. Həmin siyahıda akademik Ramiz Mehdiyevin adı yazılmayıb.
Xatırladaq ki, Ramiz Mehdiyev 23 oktyabr 2019-cu ildən 14 fevral 2022-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik edib. Ondan öncə həmin vəzifəni icra edən Akif Əlizadə də daxil olmaqla siyahıda 10 nəfərin adı yer alıb.
Onu da bildirək ki, hazırda AMEA-nın prezidenti İsa Həbibbəylidir.
Musavat.com