Bir neçə gün bundan öncə 7 saylı xüsusi rejimli cəzaçəkmə müəssisəsinin ərazisinin bir hissəsi zəbt olunaraq yerində qeyri-yaşayış obyekti tikilməsi haqqında “Azərbaycan Reallığı” olaraq oxucularımıza məlumat vermişdik, sözü gedən ərazini həbsxana rəhbərliyi tərəfindən satıldığı iddia olnurdu. Həmçinin həbsxana ərazisində mühafizə edən əsgərin mühafizə zolağının cəmi bir neçə metrliyindədir. Bir sözlə, həbsxana üçün ciddi fəsadlar və problemlər törədilməsi mümkün olması barədə informasiya dərc olunmuşdur.
Aparsığmız araşdırma zamanı məlum oldu ki, həbsxana ətrafında və dövlət balansında olan boş qalmış yerlerdə həbsxana rəisi özü üçün şərait yaradır. Saytmıza göndərilən videoda tikilən obyektin inşaat-matereallarını həbsxanaya ayrılan əsgərlər harasa daşıyır, hətta bildirilir ki, aparılan tikinti işlərinin bəzi işlərində həmin əsgərlərə gördürürlər.
Digər iddiada bildirilir ki, Turmə rəisi türmənin ərazisini, postunun altın özü üçün ev tikdirir, hələ bu azmış kimi cəzaçəkmə müəssəsinin ərazisində mal-qara saxlatdırır, yay fəsili olduğu üçün ətrafa pis qoxular yaylır, bu da ətrafdan yaşayan sakinləri açıq-aşkar narahat edir. Məlumatlı məndə saytmıza bildirir ki, bu haqqda dəfələrlə şikayət olunsada həbsxana rəhbərliyi heçnəyə məhəl qoymayaraq həbsxananı öz şəxsi obyekti kimi istfadə edir.
Qeyd edək ki, sosial şəbəkələrdə və yerli KİV-də 7 saylı cəzaçekmə muəsəsi ən çox tənqid olunan müəsələrdəndir onun rəisi haqqında media vastəsilə ilə adiyyeti qurumlara dəfələrlə şikayətlər olnub.
“Azərbaycan Reallığı”