“Azəriqaz” İstehsalat Birliyinin Təmir Tikinti İdarəsinin rəisi Kamran Cəfərov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2021-ci il 13 saylı qərarını pozaraq idarənin 50-dən yuxarı işçisinin ezamiyyə xərclərini tam ödəməyib. Səbəb isə işçilərə açıqlanmır”. DİA.AZ bildirir ki, bu faktı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı açıqlayıb.
M.Qəhrəmanlı əlaqədar qurumlara qanunlardan sitat gətirərək, onları qanunlara riayət etəməyə dəvət edib. NHMT sədrinin açıqlmasaında deyilir: “Bununla əlaqadar işçilər Azəriqaz İstehsalat Birliyinin rəhbəri Ruslan Əliyevə müraciət etsələr də, müraciətlər cavabsız qalıb, problem isə hələ də həllini tapmayıb.
Yuxarıda qeyd olunanları nəzərə alıb, adı çəkilən vəzifəli şəxsləri marifləndirmək məqsədilə Nazirlər Kabinetinin qərarını müəllimlərin diqqətinə çatdırıram:
Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilməsi tələb olunmur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2021-ci il 13 saylı qərarına əsasən Ezamiyyə xərclərinin normaları haqqında 25 yanvar 2008-ci il, 14 saylı qərarının “1-1. bəndi ( Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir. “) ləğv olunub”.
Məsələ ilə bağlı olaraq bütün aidiyyatı olan qurum və şəxsləri dinləməyə hazırıq…