Cəmiyyət

“Orbita Mtk” üçün şəhərin planı, arxitekturası önəmli deyil… – FAKT BUDUR!

Respublikamız müstəqillik qazandıqdan sonra iri şəhər və qəsəbələrimizdə paytaxt Bakı başda olmaqla böyük tikinti -quruculuq işlərinə başlandı .Bu sırada mənzil tikintisinin də özünəməxsus payı vardı.Çoxsaylı Mtk-lar təsis olundu və ilk növbədə Bakıda əsl tikinti başlandı.
Paytaxtımızın daha da gözəlləşdirilməsi, insanların mənzilə olan ehtiyacının ödənilməsi sahəsində əhəmiyyətli addımlar atılıb.İndi paytaxtımızın bəzəyinə çevrilən belə binalar təsadüfi deyil ki,sakinlərimizin qürur yerinə çevrilmişdir .
Amma bununla yanaşı bəzi tikinti maqnarlarının tikinti fırıldaqçılığını,mənzil tikintisi ilə bağlı baş vermiş analoqu olmayan neqativ halları da yaxşı xatırlayırıq
Bax , belə bir dönəmdə göbələk kimi “din vurub yerdən çıxan”tikinti şirkətləri arasında sən demə bu yazıda haqqında danışacagımız “Orbita”tikinti şirkəti də varmış.
Bu başabəla şirkət 2003-cü ildə şirkətin sahibi Famil Bağıyevdir.Şirkətə əsasən Nizami rayonu ərazisində sökülən köhnə tikililərinin yerində müasir dövrün tələblərinə cavab verə biləcək 16-20 mərtəbəli binalar tikmək üçün torpaq sahələri verilib.Bəs bunun müqabilində şirkət nə edib? Şirkət qanun tanımadan insanların mənzil,yaşamaq hüquqlarını tapdalamaq,qoluzorluluq etmək xətti tutub.Hələ o dövrdə tikintisini apardıqları binaların ətraflındakı köhnə tikintilərdə yaşayan sakinlər “Orbita” tərəfindən hüquqlarının pozulduğu, yaşadıqları tikililərin qəza vəziyyətinə salındığı barədə ölkə başçısına və digər instansiyalara şikayət məktubları göndərilmişdir.

“Orbita Mtk” üçün şəhərin planı, arxitekturası önəmli deyil...

Hələ tikib istifadəyə verdikləri ağızdolusu tərifləyib reklam etdirdikləri binaların mənzillərinin sakinlərini demirik.İstufadəyə verdikləri binanın ortadan çat verməsi hadisəsi ilə bağlı yaxın keçmişdə baş vermiş qalmaqalı yaddaşlardan silinməyib.Hələ bir mənzilin bir neçə şəxsə satılması kiu biabırçılı halları demirik.Bakının arxitekturasını korlayan , bəsit, keyfiyyətdiz, standartlara cavab verməyən tikililəri ilə insanlara da zərər verib, dövlətimizə də.
Əhal ilə razılaşdırılmadan özbaşına söküntü işləri aparmaq tərifini göyə qaldırmaq üçün dəridən -qabıqdan çıxan G.Bagıyvə gördüyü bütün qanunsuz əməllərə görə “gözün üstdə qaşın yoxdur “deyən tapılmır.Ev yıxmaq, insanlar evsiz -eşiksiz qoymaq bu şirkətin yarandığı gündən boyuna biçilən başlıca xüsusiyyətlərindən biridir.Təki cibləri dolsun F.Bağıyevin.
Özünü modern üslubda müasir binaların inşaatçısı kimi təqdim edən F.Bagıyev köhnə,paslı 12mm-lik armaturlardan istifadə edərək bu çətin sahədə orijinal “dəst -xəttə sahib olan azsaylı tikinti maqnarları sırasında öndə gedənlərdən sayılır.Onun Nizami rayonu Qara Qarayev prospekti Tofiq Abbasov küçəsində inşa etdirdiyi bina məhz bu özəlliyi,”gözəlliyi”ilə seçilən “çoxsaylı”nümunəvi “əl işlərindəndir”
Hələ 2919-cu ilin fevralında prezident Administrasiyasının sənədlərlə və vətəndaşlarla iş şöbəsinin müdiri Süleyman İsmayılov ən çox şikəst olunan şirkət kimi “Orbita”nın adını xüsusi qeyd edərək tezliklə neqativ halların aradan qaldırılacağına ümid etdiyini bildirmişdi.O vaxtdan təəssüf ki,heç nə dəyişməyib.
Cari ilin 5 mayında evləri qanunsuz olaraq sökülən vətəndaşlar tərəfindən Nizami rayon İcra hakimiyyətinə müraciət olunsa da, hələ də heç bir tədbir görülməyib.
Bəli, “Orbita Mtk”üçün şəhərin planı, arxitekturası önəmli deyil Əsas məqsəd” qaz vurub qazan doldurmaqdır
Tikinti normalarına əməl olunmur, dələduzluq, adamaldatma, mənimsəmə başlıca iş prinsipinə çevrilib.
Şirkətlə bağlı qaldırılan məhkəmə iddialarının olması da heç kəsə sirr deyil.Hansını deyəsən.
Öz fəaliyyət orbitindən “çıxmış”Orbita “Mtk haqqında ciddi ölçü gotürüləcəyi ilə bağlı söz -söhbətlərin öz məntiqi sonluğuna çatacağına deyəsən çox az qalıb deyəsən axı.
 //aktualxeber.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir