Kamçatkada 5,2 maqnitudalı zəlzələ olub.
“Zirvə yolu” xəbər verir ki, bu barədə TASS-a Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialından məlumat verilib.
“Zəlzələnin maqnitudası 5,2. Episentri Tiliçiki kəndindən (Kamçatkanın Olütorski rayonunun inzibati mərkəzi – red.) 58 km aralıda yerləşib”, – agentliyə bildirilib.
Hazırda seysmoloqlar yeraltı təkanların hiss edilməsi barədə bilgi toplayır.