Salyanda baş verən qəzada ölənin şəxsiyyəti məlum olub.
“Zirvə yolu”nun məlumatına görə, yol qəzasında həyatını itirən Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Rəhim Abdullayevdir.
Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Salyanda baş verən yol qəzasında ölən və yaralananlar var.
“Zirvə yolu”nun məlumatına görə, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil digər iki avtomobillə toqquşub.
Qəza nəticəsində hələlik kimliyi bəlli olmayan bir nəfər hadisə yerində ölüb.
1974-cü il təvəllüdlü Nəsirova Yaqut Gülbala qızı, 1964-cü il təvəllüdlü Əliyev Şahin Mirzəbala oğlu, 1995-ci il təvəllüdlü Musazadə Amil Tapdıq oğlu və daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.