Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Zirvə yolu” xəbər verir ki, hadisə Nic qəsəbəsi ərazisində qeydə alınıb.
1987-ci il təvəllüdlü Meşari Arvid Ararati idarə etdiyi “VAZ 2107” minik markalı avtomobillə piyada, 1929-cu il təvəllüdlü, qəsəbə sakini Leyliyan Arsalus Tumasovnanı vurub.
Piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.