Cəmiyyət

Şahin Bağırovun inspektoru… həm də nehrəmli… – “Bizi soruş biləcəksən kimik…”

“Qardaşım Nicat Salmanovdur. 3 qız atası… Gömrük Komitəsində inspektor kimi çalışan birinin “halal” qazancla tikdirdiyi obyektdə usta işləyirdi. “Srok”u keçmiş lakı alıb, veriblər qardaşıma”. DİA.AZ bildirir ki, bu barədə jurnalist Məğrur Salmanov gileyində ifadə edib.

Şahin Bağırovun inspektoru... həm də nehrəmli...

Daha sonra M.Salmanov yazır: “Qardaşım bilməyib, lakdan zəhərlənib. 15 gün yataq vəziyyətində qaldı, hələ də özünə gələ bilmir. Zəhərlənmə başqa orqanlara da keçib, sıradan çıxarırmış. Özəl klinikalara bir ətək pul tökdük, iki dəfə də gecə saatlarında toksikologiyaya aparmışıq TƏBİB-çilər sağ olsun, anında xəstəxanaya çatdırdılar. Klinikalara 3-4 min manat xərci çıxdı.. Gömrük Komitəsində bu pul tum pulu ola bilər. Ancaq bu ailə üçün böyük rəqəmdir. Üstəgəl 1 aydır işləyə bilmir. Şahin Bağırovun inspektoru deyib ki, “get, kimə deyirsən, de”. Bir dəfə belə baş çəkmədi qardaşıma, nə də dəyən ziyanı qarşıladı. Nehrəmlidirlər. İnspektorun işi götürən qohumu ilə görüşdüm, “bizi soruş biləcəksən kimik” dedi. “Müəllim özü də Gömrükdə işləyir” sözünü elə əda ilə dedi ki… Bizə keçməz bu..1 aydır ki, üz-üzdən utanar deyib, səsimi çıxarmadım, Natiq Axundov la əlaqə saxladım, fotosunu, əlaqə nömrəsini verdim, dərdimi danışdım. Gəlsinlər, dəyən ziyanı qarşılasınlar, dedim. Sağ olsun, o danışıb, inspektorun rəisinə də deyib, ancaq bir aydır ki, xəbər çıxmır. Məsələ ilə bağlı bütün aidiyyatı orqanlara müraciət edəcəm…”

Məsələ ilə bağlı Zirveyolu.info olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir