Türkiyənin “Rizespor” klubu “Qarabağ”ın futbolçusu Kevin Medinanın transferindən imtina edib.
“Zirvə yolu” “Ajansspor”a istinadən xəbər verir ki, Superliqa təmsilçisi 30 yaşlı müdafiəçinin prosesi uzatması səbəbindən bu addımı atıb.
Qeyd edək ki, daha əvvəl kolumbiyalı oyunçunun Qara dəniz təmsilçisi ilə anlaşdığı bildirilib. Medinanın “köhlən atlar”la müqaviləsinin müddəti 2024-cü ilin yayınadək qüvvədədir. O, 2020-ci ildən “Qarabağ”ın formasını geyinir.