Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 29-da Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC bildirir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.