İstanbulda Cümhuriyyət bayramı tədbirlərində irimiqyaslı terror aktları törətməyi planlaşdıran 3 İŞİD terrorçusu zərərsizləşdirilib.
Redaktor.az xəbər verir ki, bu barədə İstanbul polisi açıqlama yayıb. Məlumata görə, uzun müddətdir təqib edilən terrorçuların həbs edilməsi üçün 5 ünvanda əməliyyat təşkil edilib. Axtarışlar zamanı terrorçulara məxsus odlu silahlar ələ keçirilib. Saxlanılan terrorçuların əvvəllər törətdiyi cinayətlərə görə həbsdə olduğu bildirilir.
Qeyd edək ki, bu gün Türkiyədə müstəqilliyin 96-cı ildönümü münasibətiylə müxtəlif tədbirlər keçirilir.