Dünya

Ukrayna ordusu Baxmutda əks-hücuma başlayıb

Ukrayna Ordusu Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında əks-hücuma başlayıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Qeyd olunub ki, Ukrayna qoşunları Limanski və Kupyanski istiqamətlərində Rusiya qüvvələrinin irəliləməsini dayandırıb.

Hazırda Baxmut istiqamətində şiddətli döyüşlər gedir: “Düşmən ehtiyatlardan istifadə edir və güclü müqavimət göstərir”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. 10 aydan çoxdur ki, Baxmutda vəziyyət gərgindir. Şəhərin mərkəzi Rusiya qoşunlarının nəzarətindədir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir