Kriminal

Astarada 71 yaşlı kişi öldürülüb, oğlu saxlanılıb, cinayət işi başlanılıb – YENİLƏNİB

Avqustun 1-də saat 10:50 radələrində Astara rayonunun Çürkəş kənd sakini 1952-ci il təvəllüdlü Qubad Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Astara Rayon Prokurorluğundan məlumat verilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi istiqamətdə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

14:03

Astarada 71 yaşlı Qubad Əliyevi öldürməkdə şübhəli bilinən və hadisə yerindən qaçan oğlu Rəşad Əliyev saxlanılıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

12:01

Avqustun 1-də saat 10 radələrində Astara rayonu Çürkəş kəndində evlərin birində 1952-ci il təvəllüdlü Əliyev Qubad Cümşüd oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

“Zirvə yolu” xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu, 1977-ci təvəllüdlü Rəşad hadisə yerindən uzaqlaşıb.

Onun tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir