Dünya

Polşa səfiri Ukrayna XİN-ə çağırılıb

Polşanın Ukraynadakı səfiri Bartoş Çiçokki Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyindən bildirilib.

Buna səbəb Polşa Prezidenti Anjey Dudanın beynəlxalq məsələlər üzrə rəsmi nümayəndəsi Marçin Pşidaçın səsləndirdiyi fikirlər olub. Belə ki, o, Ukraynanı nankorluqda ittiham etmişdi.

Görüş zamanı ukraynalıların Polşaya kömək etdiklərinə görə guya nankorluq etmələri barədə deyilənlərin həqiqətə uyğun olmadığı və qəbuledilməz olduğu vurğulanıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir