Manşet Siyasət

XİN sözçüsü ABŞ-dan olan jurnalistləri regiondakı vəziyyət barədə məlumatlandırıb

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə ABŞ-dan olan jurnalistləri regiondakı vəziyyət barədə məlumatlandırıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə o, tviterdə paylaşım edib.

XİN rəsmisi ABŞ-dan olan bir qrup jurnalist və media nümayəndələri, o cümlədən BMT Müxbirlər Assosiasiyasının, BMT-nin akkreditə olunmuş üzvləri ilə Bakıda görüşməkdən şad olduğunu bildirib.

“Biz regionumuzda və onun ətrafında mövcud vəziyyətlə bağlı interaktiv müzakirələr apardıq”, – A.Hacızadə əlavə edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir