Məlum olduğu kimi, Naxçıvan MR Səhiyyə Nazirliyi bu yaxınlarda dövlət büdcəsi hesabına təxmini dəyəri 130 min manat olan “Lexus“ markalı avtomobil alıb. Həmin avtomobil aprel ayından bəri nazir səlahiyyətlərini müvəqqəti icra edən Samiq Sadıxovun xidmətinə verilib. Lakin, nazirlik maliyyə çatışmazlığını bəhanə gətirərək, dövlət xəstəxanalarını lazımi tibbi avadanlıqlarla, vacib dərmanlarla təmin etmək istəmir.
Qeyd edək ki, bu olay böyük rezonansa səbəb olub. DİA.AZ bildirir ki, məsələ ilə bağlı fikrini açıqlayan əslən naxçıvanlı, İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli ilginc reaksiyası ilə diqqətə gəlib.
İSBAM sədri bildirib: “Naxçıvan MR Səhiyyə Nazirliyi bu yaxınlarda dövlət büdcəsi hesabına təxmini dəyəri 130 min manat olan “Lexus“ markalı avtomobil alıb. Həmin avtomobil aprel ayından bəri nazir səlahiyyətlərini müvəqqəti icra edən Samiq Sadıxovun xidmətinə verilib. Lakin, nazirlik maliyyə çatışmazlığını bəhanə gətirərək, dövlət xəstəxanalarını lazımi tibbi avadanlıqlarla, vacib dərmanlarla təmin etmək istəmir.
Ordubad xəstəxanasında demək olar ki, yararlı bir aparat yoxdur. Heç həkimdə yoxdur.
Bir Malik doktor var, Allah onun köməyi olsun. Demək olar bütün xəstələrə o baxır. Ordubad səhərindən kəndlərə qədər camaat Malik doktoru çağırır.
P.S. Naxçıvan bu sürətlə inkişaf etsə, bütün Orta Doğunu vurub keçəcək…”
DİA.AZ