Cəmiyyət

Nabranda avtomobil aşıb, ölən və xəsarət alan var

Xaçmaz rayonunun Nabran qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Zirvə yolu”nun məlumatına görə, hadisə rayonun Nabran kəndində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı minik avtomobilinin aşması nəticəsində 1991-ci il təvəllüdlü Eyvazov Ziya İsaməddin oğlu hadisə yerində dünyasını dəyişib.

2000-ci il təvəllüdlü Allahverdiyev Tofiq Pərviz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir