Dünya

Havay adalarında meşə yanğınları nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb

ABŞ-ın Havay adalarında meşə yanğınları nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.

“Zirvə yolu” CNN-ə istinadən xəbər verir ki, bu barədə Maui dairəsinin meri kiçik Riçard Bissen bildirib.

O, axtarış-xilasetmə əməliyyatınn aparıldığını deyib: “Sonra nə baş verəcəyini deyə bilmərəm”.

Məlumata görə, təbii yanğın nəticəsində məşhur Laxayn turist şəhəri tamamilə məhv olub.

ABŞ Prezidenti Cozef Bayden federal yardımla bağlı göstəriş verdiyini bildirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir