Dünya

Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını keçirib

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını keçirib.

“Zirvə yolu” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin mətbuat xidməti məlumat yayıb.

“Ümumi səfərbərlik prosesinin həyata keçirilməsi ilə bağlı Ukraynanın milli təhlükəsizliyinə təhdid yaradan və dövlət institutlarına etimadı sarsıdan korrupsiya halları aşkar edilib”, – mətbuat xidməti bildirib.

Ukrayna Baş Prokurorluğuna korrupsiyaya qarşı mübarizə tədbirləri görülməsi tövsiyə edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir