Bakıda dələduzluqda təqsirləndirilən “200” MTK-nın rəhbəri Etibar Fərziyev, onunla birlikdə ittiham olunan Elxan Əliyev, Ramil Şükürov və Arzu Ağalarovun barələrindəki barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Zirveyolu.info bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses avqustun 15-nə təyin edilib.
Şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən E.Fərziyev 10 il, E.Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. R.Şükürov və A.Ağalarov isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tədbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd: Təqsirləndirilən şəxslər vətəndaşların etibarından sui-istifadə edərək, bir mənzili bir neçə şəxsə satmaqla dələduzluqda təqsirli biliniblər. Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunublar.
İş üzrə 23 nəfər zərərçəkmiş var.